Bakı 5˚C Showers

Küveytlə əməkdaşlıq müzakirə olundu

Siyasət 10:45 21 dek, 2022
Küveytlə əməkdaşlıq müzakirə olundu

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) Küveytin müxtəlif qurumları ilə əməkdaşlıq edə bilər.

Qazet.az SİF-ə istinadən xəbər verir ki, bu məsələ Fondun İdarə Heyətinin sədri Osman Xaliyevlə Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidi arasında keçirilmiş görüşdə müzakirə olunub.

Görüşdə SİF-in fəaliyyəti və sahibkarlar üçün həyata keçirilən dəstək mexanizmləri barədə məlumat verilib. Səfir Azərbaycan-Küveyt əlaqələrinin inkişaf etdiyini qeyd edib, Fondla əməkdaşlığın Küveytin müvafiq qurumlarına tövsiyə ediləcəyini bildirib.