Bakı 21˚C Mostly sunny

La Liqa: “Real Sosyedad” “Osasuna”ya qalib gəlib

İdman 05:14 01 yan, 2023
La Liqa: “Real Sosyedad” “Osasuna”ya qalib gəlib

Dekabrın 31-də İspaniya çempionatında 15-ci turun oyunu keçirilib.

Qazet.az xəbər verir ki, "Real Sosyedad" "Osasuna"nı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 22-ci dəqiqədə Brays Mendes açıb. 64-cü dəqiqədə Brays Mendes Aleksandr Serlotaya məhsuldar ötürmə edib.

"Real Sosyedad" hazırda İspaniya çempionatının 3-cü pilləsində qərarlaşıb. Komanda bu mövsüm keçirdiyi 15 görüşdə 29 xal toplayıb. “Osasuna” 23 xalla 7-ci yerdədir