Bakı 9˚C Intermittent clouds

Laçın dəhlizinə hərəkətin başlayacağı tarix müəyyənləşdi

Siyasət 12:22 25 avq, 2022
Laçın dəhlizinə hərəkətin başlayacağı tarix müəyyənləşdi

Azərbaycan hökumətinin inşasını yekunlaşdırdığı Laçın dəhlizinə alternativ avtomobil yolu ilə hərəkət yaxın bir həftədə mümkün olacaq.

Qazet.az "Report"a istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib.

"Məlumdur ki, cəmi 10 ay ərzində Laçın şəhərinə daxil olmadan 22 kilometri Azərbaycan ərazisindən, 10 kilometri Ermənistan ərazisindən keçməklə alternativ yol çəkilib. Avqustun 15-də alternativ yol Azərbaycan ərazisindən kecmək şərtilə hazırdır. Lakin Ermənistan tərəfi üzərinə düşən 10 kilometri hələ də başa çatdırmağı üçün Qarabağda yaşayan erməni icmasının xahişi ilə Azərbaycan tərəfi yeni yola birləşən 4,8 kilometr uzunluğunda birləşdirici yolun tikintisini də həyata keçirib. Yaxın bir həftə ərzində Laçın şəhərinə daxil olmadan yeni yoldan istifadə etməklə erməni icması Xankəndi və başqa rayonlara hərəkət edə biləcək",- deyə o, əlavə edib.