Laçın, Zabux və Sus minalardan təmizlənib
“Laçın şəhərinin, Zabux və Sus kəndlərinin ora sakinlərin tez bir zamanda qayıtması üçün ərazinin təmizlənməsi istiqamətində işlər aparılır”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Qazet.az xəbər verir ki, onun sözlərinə görə, avqustun 26-dan Laçın şəhəri, eləcə də Zabuh və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdikdən sonra Agentlik Müdafiə Nazirliyi ilə birlikdə bu ərazilərdə minaların axtarışına başlayıb.
“Son günlər Laçında yeni mina sahələrinin aşkarlanması ilə bağlı məlumatlar yayılıb. Müəyyən edilib ki, bu minalar İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ermənilər tərəfindən basdırılıb . Bu, qarşı tərəfin məkrli siyasətinin göstəricisidir. Hazırda orada minatəmizləmə işləri davam etdirilir”, - ANAMA rəhbəri bildirib.