Laçında tarixi abidələrlə bağlı işlərə başlanıldı
Gündəm
19:31 12 okt, 2022
Laçında tarix-memarlıq abidələrinin ilkin inventarlaşdırılma və monitorinq tədbirlərinə başlanılıb.
Bu barədə Qazet.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
İşlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən aparılır.