Laçından heç yerdə görmədiyiniz GÖRÜNTÜLƏR - VİDEO
Laçın işğaldan azad edildikdən sonra şəhər nəhəng tikinti meydançasına çevrilib və hər yerdə yenidənqurma, bərpa işləri aparılır.
Qazet.az xəbər verir ki, nəqliyyat üzrə ekspert-hüquqşünas Ərşad Hüseynov Laçın şəhərinə səfəri zamanı lentə aldığı görüntüləri paylaşıb.
O, paylaşım zamanı Laçının hazırkı durumu, tikinti işlərinin necə aparılmasından bəhs edib:
"Nəzarətimizə keçdikdən sonra təkrarən Laçın şəhərinə gəldim. İnanılmaz fərq göz qabağındadır. Laçında həyat qaynayır. Şəhər nəhəng tikinti meydançasını xatırladır. Hər yerdə tikinti, yenidənqurma, bərpa işləri gedir.
Kommunikasiyalar yenilənir, evlər, inzibati binalar, yollar bərpa olunur, şəhər kol-kosdan təmizlənir. Bir sözlə, düşmənin vurduğu “yaralar” sağaldılır...
Əminəm ki, yaxın illərdə Laçın ölkəmizin ən gözəl və rahat şəhərlərindən birinə çevriləcək.
Xalqımız, Dövlətimiz və Ordumuz daim var olsun!"