Bakı 3˚C Dreary

Latviya bu tarixdən etibarən Rusiyadan qaz almayacaq

Biznes 17:03 14 iyl, 2022

Qanuna dəyişikliyi yekun oxunuşda qəbul edib

Latviya bu tarixdən etibarən Rusiyadan qaz almayacaq

Latviya parlamenti “Energetika Haqqında” qanuna dəyişikliyi yekun oxunuşda qəbul edib.

Qazet.az Delfi-yə istinadən xəbər verir ki, yeni dəyişikliyə əsasən, 2023-cü il yanvarın 1-dən Rusiyadan qaz alışına qadağa qoyulur.

Dəyişikliklə yanaşı, Rusiya qazına qoyulan qadağa ilə bağlı digər Aİ ölkələri ilə əməkdaşlıq sxemləri də razılaşdırılıb.