Bakı 2˚C Cloudy

Latviya NATO-nun 4-cü maddəsini işə salmaq ərəfəsindədir

Siyasət 15:41 16 noy, 2021

Bunu Latviyanın müdafiə naziri Artis Pabriks bəyan edib.

Latviya NATO-nun 4-cü maddəsini işə salmaq ərəfəsindədir

Latviya, Litva və Polşa Belarusla sərhəddə miqrant böhranı ilə bağlı Şimali Atlantika müqaviləsinin 4-cü bəndini işə salmaq başlamasının ərəfəsindədilər. 

Qazet.az xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Artis Pabriks bəyan edib.

“Hazırda biz NATO-nun 4-cü maddəsinin işə salmağının bir addımlığındayıq (Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi - əgər tərəflərdən birinin fikrincə, üzv ölkələrdən hər hansı birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi pozulursa, NATO üzvlərinin məsləhətləşmələrini nəzərdə tutur) ", - o, Latviya radiosunun efirində bildirib.

Onun sözlərinə görə, Polşa, Litva və Latviya razılaşıb ki, əgər ölkələrdən biri NATO-nun bu maddəsi üzrə məsləhətləşmələrə başlamaq istəsə, digərləri də təşəbbüsə qoşulacaq və hər üç ölkə birlikdə müraciət edəcək. "Biz bu işdə həmrəy olacağıq, lakin dünən boş yerə NATO-nu işə cəlb etmək istəmirik. Biz hələ də Belarus və Rusiyadan lazım olan addımları gözləyirik”, - Pabriks bildirib.

Müdafiə naziri vurğulayıb ki, hər üç ölkə NATO-nun 4-cü maddəsinin ciddiliyini anlayır: “Latviya, Litva və Polşa hələ də gözləyirlər, çünki vəziyyətin həll olunduğuna inanırlar, lakin bu, tez dəyişə bilər. Vəziyyət hər saat dəyişə bilər”.

Mənbə