Bakı 7˚C Cloudy

Latviya şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına cəlb edilə bilər

Biznes 18:35 16 iyl, 2022

Həmçinin digər iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var

Latviya şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına cəlb edilə bilər

Latviya ilə kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, Latviya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə, həmçinin digər iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.

Qazet.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bunnu iqtisadiyyat naziri Mikayıl Cabbarovun Latviyanın kənd təsərrüfatı naziri Kaspars Gerhards ilə görüşündə bildirib.

Məlumata görə, tərəflər iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyətini, tərəfdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.