Latviyada komendant saatı qüvvəyə minib
Gündəm
11:29 22 okt, 2021
Bu barədə Latviya Karantin İdarəetmə Şurasının qərarında deyilir

Latviyada koronavirusla əlaqədar komendant saatı qüvvəyə minib.
Qazet.az xəbər verir ki, bu barədə Latviya Karantin İdarəetmə Şurasının qərarında deyilir.
Qərara əsasən, noyabrın 15-dək ölkə ərazisində komendant saatı tətbiq ediləcək. Hər gün axşam saat 20:00-dan səhər 5:00-ə qədər yalnız təcili səbəblərdən evdən çıxmağa icazə veriləcək.
Məhdudiyyət vaksinasiyadan asılı olmayaraq hamıya şamil edilir.
Ölkədə komendant saatının tələblərinə riayət olunmasını hüquq-mühafizə orqanlarının əməkdaşları izləyəcək.
Latviyada karantin dövründə qüvvədə olan məhdudiyyətlərə əməl etməyənləri 2 min avroya qədər cərimə gözləyir.