Bakı 21˚C Partly sunny

Latviyada vaksinasiyaya qarşı çıxan keçmiş MSK sədri koronavirusdan ölüb

Gündəm 11:35 21 okt, 2021

COVID-19-a qarşı məcburi peyvənd olunmağın əleyhinə idi

Latviyada vaksinasiyaya qarşı çıxan keçmiş MSK sədri koronavirusdan ölüb

Latviyada Mərkəzi Seçki Komissyasının keçmiş sədri, peyvənd olunmağa qarşı çıxan Arnis Cimdars yeni növ koronavirus (COVID-19) infeksiyası nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib.

Bu barədə Qazet.az “LTV” kanalına istinadən xəbər verir.

MSK-nın keçmiş rəhbəri, 59 yaşlı Arnis “Latviya Birinci yerdə” partiyasının həmtəsisçisi idi və COVID-19-a qarşı məcburi peyvənd olunmağın əleyhinə idi.

Qeyd edək ki, Latviya hökuməti növbəti iclasında koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə sərt qapanmanın tətbiqi barədə qərar qəbul edib. Belə ki, oktyabrın 21-dən etibarən ölkədə tədris müəssisələri, əksər mağazalar, eləcə də iaşə obyektləri və digər xidmət məkanları öz fəaliyyətini dayandıracaq.