Latviyanın Müdafiə Nazirliyi qənaət rejiminə keçir
Xəbərlər
09:25 21 avq, 2022
Latviyanın Müdafiə Nazirliyi müdafiə sektorunda pula qənaət etmək üçün genişmiqyaslı tədbirlər hazırlayır.
Bu barədə Qazet.az “LETA” agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, müdafiə naziri Artis Pabriksin müdafiə sektorunda genişmiqyaslı qənaət tədbirləri ilə bağlı əmri hazırlanır.
Bu tədbirlər istilik, elektrik enerjisi, təmir işləri və s. sahələrə təsir edəcək.
Agentliyin qeyd etdiyi kimi, Müdafiə Nazirliyi artıq tabe qurumlar arasında enerjiyə qənaət tədbirlərini əlaqələndirir, müdafiə müəssisələrində bərpa olunan və yerli enerji resurslarından daha geniş istifadə strategiyası hazırlanır.