Bakı 30˚C Sunny

Latviyanın sabiq Prezidenti Avropa İttifaqına üzv olan kiçik dövlətlərə müraciət edib

Gündəm 16:21 04 noy, 2021

“Həmin ölkələr bir sıra təzyiqlərlə üzləşdilər”

Latviyanın sabiq Prezidenti Avropa İttifaqına üzv olan kiçik dövlətlərə müraciət edib

"Avropa İttifaqına üzv ölkələrin arasında ədalətsizlik mövcuddur".

Qazet.az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunda çıxışı zamanı Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa deyib.

O bildirib ki, taleyüklü məsələlərin həllində Avropa İttifaqına üzv olan məhz kiçik dövlətlər səslərini çıxarmalıdır.

Latviyanın sabiq rəhbəri deyib ki, sovet ittifaqı dağılandan sonra buraya üzv olan bir sıra ölkələr Avropa İttifaqına daxil olub: "Həmin ölkələr bir sıra təzyiqlərlə üzləşdilər. Lakin bu ölkələrdə demokratikləşmə yarandı".