Lavrov: "ABŞ Əfqanıstandan nəticəni düşünmədən geri çəkilib"
Gündəm
23:34 25 sen, 2021
ABŞ Əfqanıstandan nəticəni düşünmədən geri çəkilib
"ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması tələsik və nəticəni düşünmədən verilən qərar olub".
Qazet.az-ın TASS-a mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Təəssüf ki, Əfqanıstandan qoşunların geri çəkilməsi düşünülmədən verilən qərar olub. Orada çoxlu silah qaldı, bu silahların qeyri-konstruktiv məqsədlər üçün istifadə edilməyəcəyinə əmin olmaq lazımdır", - Lavrov qeyd edib.
Onun sözlərinə görə, ABŞ qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda terror təhlükəsi artıb.(report)