Lavrov Almaniya Müdafiə Nazirliyinin təhdidlərinə cavab verib
Gündəm
11:47 26 okt, 2021
Ümid edirəm və bilirəm ki, norveçlilər praqmatik insanlardır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin “Rusiyanı nüvə silahı ilə hədələməyə hazır olmalıyıq” ifadəsini fantaziya adlandırıb.
Bu barədə Qazet.az “TASS”a istinadən xəbər verir.
“Reallığa diqqət yetirmək lazımdır. Qoy onun (Almaniyanın müdafiə naziri - Red) xoşuna gəlsin, pərəstişkarlarını sevindirsin. Ancaq ümid edirəm və bilirəm ki, norveçlilər praqmatik insanlardır. NATO üzvü olarn Norveç öhdəlikləri ilə bağlı addımlarını əminəm ki, Rusiya ilə əlaqələrin əhəmiyyətini nəzərə alaraq atacaq”, - Lavrov norveçli həmkarı Anniken Hyuitfeld ilə danışıqlardan sonra bildirib.