Bakı -10˚C Rain and snow

Lavrov: “ATƏT-in Minsk qrupunu Fransa və ABŞ “dəfn etdi”

Gündəm 14:14 01 dek, 2022
Lavrov: “ATƏT-in Minsk qrupunu Fransa və ABŞ “dəfn etdi”

“ATƏT-in Minsk qrupunu Fransa və ABŞ “dəfn etdi”, Rusiyanın bu məsələyə heç bir aidiyyatı yoxdur”.

Qazet.az Rusiya bürosunun məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizlik problemlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

"ATƏT-in Minsk qrupu bir vaxtlar yaradılanda məqsəd bölgədə təsir gücünə malik olan, rəsmi İrəvana və Bakıya siqnal göndərə biləcək dövlətləri birləşdirmək idi. Həmin vaxt Rusiya və ABŞ-ın həmsədrliyi ilə işləmək barədə razılıq əldə olunmuşdu, daha sonra Fransa da bu ikiliyə qatıldı", - Rusiya xarici işlər naziri deyib.