Lavrov bu dəfə iranlı jurnalistə irad bildirdi
Siyasət
19:48 06 okt, 2021
Hadisə Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə birgə keçirdiyi mətbuat konfransında baş verib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov növbəti dəfə KİV nümayəndələrinə irad tutub.
Qazet.az “news.ru”ya istinadən xəbər verir ki, hadisə Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə birgə keçirdiyi mətbuat konfransında baş verib.
Belə ki, Lavrov danışarkən artıq sualına cavab alan iranlı jurnalistlərdən biri ona verilən cavabı kamera qarşısında lentə almağa başlayıb. Jurnalistin bu davranışı isə Rusiya XİN rəhbərinin xoşuna gəlməyib və o deyib: “Xahiş edirəm, biz suallara cavab verərkən müsahibə verməyin”.
Qeyd edək ki, S. Lavrovun iştirakı ilə mətbuat konfranslarında bu cür analoji hallar tez-tez yaşanır.