Lavrov Mirzoyanla Qarabağdan danışdı
Gündəm
22:33 24 noy, 2021
Nazirlər həmçinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrasıdan söz açıblar.
Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Qazet.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Qarabağla bağlı və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə dair məsələləri müzakirə edib.
Nazirlər həmçinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrasıdan söz açıblar.