Bakı 20˚C Mostly cloudy w/ showers

Lavrov: “NATO Rusiyanı saymır”

Gündəm 18:33 19 okt, 2021

Lavrov jurnalistlərə açıqlamasında deyib

Lavrov: “NATO Rusiyanı saymır”

“Çoxdandır Rusiya ilə NATO-nun mənzil qərargahı arasında informasiya mübadiləsi yoxdur. Bununla belə, Moskva alyansla danışıqlara hazır idi. Lakin NATO Rusiyanı saymır”.

Qazet.az-ın aldığı xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında jurnalistlərə açıqlamasında deyib.

“Ən başlıcası, hərbçilər arasında bütün təmaslar kəsilmişdi. O zaman biz hansı dialoq imkanının itirilməsindən danışırıq?”, - S. Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri iki il bundan öncə ölkəsinin NATO-ya təmas xəttindən təlimləri geri çəkməklə və minimal məsafə ilə bağlı razılaşmağı təklif etdiyini xatırladıb: “Daha çox şeylər təklif olunmuşdu. Lakin sadəcə sükut divarı... Ancaq bu gün eşidirəm ki, Almaniya XİN rəhbəri Rusiyanı danışıqlara hazır olmamaqda günahlandırıb. İndi danışıqlara necə hazır olduğumuzu və NATO-nun bizi necə saymadığını dedim, özü də bir ildən çox”.