Lavrov taxıla görə Qərbi ittiham etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb dövlətlərinin İstanbulda imzalanmış “taxıl dəhlizi” sazişi çərçivəsində Rusiya taxıl və gübrələrinin dünya bazarına çıxışına mane olan sanksiyaları ləğv etmədiyini bildirib.
“Qazet.az” xarici KİV-ə istinadən xəbər verir ki, Lavrov bu haqda Tailandın xarici işlər naziri Don Pramudvinai ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışıb.
İstanbulda bağlanan “taxıl dəhlizi” razılaşmasına uyğun olaraq Rusiya taxılının dünya bazarına çıxmasını təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş və komandası ilə çalışdıqlarını qeyd edən Lavrov, ərzaq və gübrə bazarlarındakı böhrana Rusiyanın hərəkətlərinin səbəb olması ilə bağlı iddiaları “süni şişirdilmiş bəyanatlar” kimi adlandırıb.