Bakı -9˚C Rain and snow

Lavrov Türk Dövlətləri Təşkilatının yaranmasına münasibət bildirdi

Siyasət 16:19 01 dek, 2021

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında “hökumət saatı”nda senatorların suallarını cavablandırarkən bildirib

Lavrov Türk Dövlətləri Təşkilatının yaranmasına münasibət bildirdi

“Soydaşlarla əlaqənin dəstəklənməsində heç bir yalnış görmürəm. Bizim də bu cür arealımız var. Biz də soydaşlarımızla, həmvətənlərimizlə əlaqələri dəstəkləyirik. Biz də dünya xəritəsini boyayıb ona fərqli ton verə bilərik”.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında “hökumət saatı”nda senatorların suallarını cavablandırarkən bildirib.

Rusiya XİN başçısı yeni yaradılan Türk Dövlətləri Təşkilatından da danışıb:

“Əvvəl bu təşkilat Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanırdı, indi Türk Dövlətləri Təşkilatı adlanır. Biz buna normal yanaşırıq. Hesab edirik ki, əgər burada söhbət kulturoloji proseslərdən, dil ənənələrinin dəstəklənməsindən, humanitar və təhsil mübadiləsindən söhbət gedirsə, burada heç bir qəribə bir şey görmürəm. Biz özümüz bununla daha aktiv məşğul olmalıyıq. Lakin burada əməkdaşlığın hərbi aspektləri tətbiq olunsa, əlbəttə ki, bu, işin xeyrinə olmayacaq. Düşünmürəm ki, bu, nə Türkiyənin, nə də onun yeni yaradılan Türk Dövlətləri Şurası təşkilatından olan tərəfdaşlarının marağında olsun. Onu da deyim ki, prezidentlər telefonla danışacaq, mən isə türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə sabah Stokholmda ATƏT sammiti çərçivəsində görüşəcəm. Biz bu məsələni açıq şəkildə müzakirə edəcəyik. Mən burada yanlış bir şey görmürəm”.

Mənbə