Lavrovdan ittiham: "Nüvə spekulyasiyaları"
Gündəm
16:59 11 okt, 2022
Qərbdə Rusiyanın nüvə silahından istifadəsinin mümkünlüyü ilə bağlı spekulyasiya edənlər öz məsuliyyətlərini dərk etməlidirlər.
Qazet.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Ümid edirəm ki, daim nüvə müharibəsi mövzusunda fərziyyələr aparan, Rusiyanın kütləvi qırğın silahlarından istifadə edərək təxribatları haqqında danışanlar məsuliyyətlərini dərk edəcəklər”, - Lavrov bildirib.