Ledi Qaqanın “Coker” filmindəki roluna görə qonorarı açıqlandı - FOTO/VİDEO
Filmin istehsalına 2022-ci ilin dekabrında başlanacağı gözlənilir
Müğənni Ledi Qaqa Xoakin Fennikslə iştirak etdiyi “Coker” (“Joker”) filminin sikvelində Harli Kvinn roluna görə 10 milyon dollar alacaq. Baş rol ifaçısı isə Qaqadan iki dəfə çox alacaq: onun qonorarı 20 milyon dollardır.
Filmin rejissoru Todd Hovard da eyni məbləğdə qazanacaq. Ümumilikdə, filminin ikinci hissəsinin istehsalı “Warner Bros.”ə 150 milyon dollara başa gələcək. Psixoloji dramın davamı “Coker: İki nəfər üçün dəlilik” (“Joker: Folie à Deux”) adlanacaq.
Sikvelin müzikl janrında lentə alınacağı, hadisələr isə Arkhem ruhi xəstəxanasında cərəyan edəcəyi bildirilir.
Filmin istehsalına 2022-ci ilin dekabrında başlanacağı gözlənilir.
Süjetə görə, Coker psixiatrik həbsxanadan qaçacaq və həmçinin özü kimi dəlisov Harli Quinnlə rastlaşacaq.
Mənbə: Variety