"Legiya"nın baş məşqçisi Mahir Emreliyə uyğun sistem axtarır
Hər qarşılaşmada rəqib meydanında özünü rahat hiss edən ən azı 5 oyunçunun olmasını istəyirəm
"Yay transfer pəncərəsi arxada qalıb, hazırda imkanlarımızı və komandamızın durumunu bilirik. Bütün yaxşı oyunçularımızdan istifadə etməliyik".
Qazet.az-ın məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Rusiyada Moskva "Spartak"ına qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl "Sport.tvp.pl" nəşrinə müsahibəsində deyib.
51 yaşlı mütəxəssis aparıcı futbolçularına uyğun taktika ilə meydana çıxmaq istədiklərini bildirib: "Mahir Emreli, Jozue Soareş, Ernest Muçi və başqalarının oynaya biləcəkləri sistem tapmaq istəyirəm. Hücum potensialımız var və bundan yararlanmaq niyyətindəyik. Hər qarşılaşmada rəqib meydanında özünü rahat hiss edən ən azı 5 oyunçunun olmasını istəyirəm".
Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Spartak" - "Legiya" oyunu Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.