Lənkəran sakinində tapança aşkarlanıb
Hadisə
16:52 17 yan, 2022
Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir
![Lənkəran sakinində tapança aşkarlanıb](https://qazet.az/resized/fit900x500/center/pages/49674/e9e36c8b-eaf2-44e4-b0ff-6a2c5f3e2f08.jpeg)
Lənkəran rayon sakinində tapança aşkarlanıb.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində odlu silah saxlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Rafiq Kələntərov Beyləqan şəhəri ərazisində saxlanılıb.
Onun üzərində axtarış aparılan zaman 1 ədəd “Revolver” tipli tapança aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.