Bakı 8˚C Cloudy

Lənkəranda yol qəzasında xəsarət alan axund xəstəxanada ölüb - YENİLƏNİB

Cəmiyyət 08:53 19 noy, 2022
Lənkəranda yol qəzasında xəsarət alan axund xəstəxanada ölüb - YENİLƏNİB

Lənkəranda yol qəzasında xəsarət alan axund ölüb.

Qazet.az-ın verdiyi məlumata görə, Əkrəm Cəlal oğlu Hüseynov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Lənkəranda yol qəzası baş verib.

Qazet.az-ın verdiyi məlumata görə, hadisə Mamusta kəndi ərazisində baş verib.

Üç təkərli “Murovey” motosikleti kənd ərazisində hərəkətdə olarkən piyada - 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.

Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb.

Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.