Bakı 23˚C Sunny

Lerikdə qaya uçqunu olub, yol bağlanıb

Hadisə 11:27 12 okt, 2021

Hərəkətin bərpası üçün addımlar atılır

Lerikdə qaya uçqunu olub, yol bağlanıb

Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Qazet.az-a verilən xəbərə görə, nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.