Lerikdə sürücü ehtiyatsızlığı ölümlə nəticələndi
Hadisə
23:27 10 yan, 2023
Yanvarın 10-da saat 12 radələrində Lənkəran rayonunun Digah kənd sakini A.Bağırov idarə etdiyi "Hunday" markalı yük avtomobilini Lerik rayonu ərazisində Piran-Hamarat yolunda geriyə hərəkət etdirərkən Piran kənd sakini Əliməmməd Məmmədovu vurub.
Bu barədə Qazet.az-a DİN-in Mətbuat xidmətinin Lənkəran regnional qrupundan bildirilib.
Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ölüb.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.