Bakı 23˚C Partly sunny

Levon Aronyan rəsmi olaraq ABŞ təmsilçisi olub

Gündəm 15:17 01 dek, 2021

Aronyanın FIDE-nin saytındakı məlumatları da dəyişdirilib

Levon Aronyan rəsmi olaraq ABŞ təmsilçisi olub

Ermənistanlı şahmatçı Levon Aronyan bundan sonra ABŞ Şahmat Federasiyasını təmsil edəcək.

Qazet.az-ın məlumatına görə, 39 yaşlı qrossmeyster dekabr ayı üçün açıqlanan Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqində ABŞ idmançısı kimi göstərilib.

Aronyanın FIDE-nin saytındakı məlumatları da dəyişdirilib.

Qeyd edək ki, Levon Aronyan ABŞ-a köçmək barədə qərarını daha əvvəl açıqlayıb. Təcrübəli qrossmeyster qərarını dövlətin şahmata diqqət ayırmaması ilə əlaqələndirib.