Bakı 7˚C Dreary

LG Rusiyadan türk ölkəsinə köçür

Gündəm 11:49 21 okt, 2022
LG Rusiyadan türk ölkəsinə köçür

Cənubi Koreyanın məişət texnikası şirkəti “LG Electronics” Moskva ətrafındakı zavodu bağlaya və istehsalı Özbəkistana ötürə bilər.

Qazet.az xəbər verir ki, bu barədə “ Kommersant ” məlumat yayıb.

Məlumata görə, LG Özbəkistanda “Samsunq” texnikası istehsal edən “Artel” şirkəti ilə danışıqlar aparır.

Ekspertlərin fikrincə, hasilatı Özbəkistana keçirmək daha sərfəli olacaq.

Qeyd edək ki, LG Rusiyanın Ukraynaya müdaxiləsindən sonra mart ayında Rusiyaya məhsul tədarükünü dayandırmışdı.