Bakı 3˚C Showers

Lionel Messi DÇ-2022-dən sonra PSJ-nin ilk oyununu buraxa bilər

İdman 12:27 25 dek, 2022
Lionel Messi DÇ-2022-dən sonra PSJ-nin ilk oyununu buraxa bilər

Argentina millisinin futbolçusu Lionel Messi Qətərdəki dünya çempionatından sonra Fransanın PSJ komandasının ilk oyununu buraxa bilər.

Qazet.az xəbər verir ki, 35 yaşlı hücumçu DÇ-2022-nin qalibi olduqdan sonra vətənindədir.

Təcrübəli oyunçu mundialdakı uğuru qeyd etmək niyyətindədir, Paris təmsilçisi isə onu tələsdirmək istəmir. Messinin ilin sonunadək Fransaya qayıdacağı gözlənilir.

Qeyd edək ki, PSJ Liqa 1-in XVI turunda dekabrın 28-də "Strasburq"la üz-üzə gələcək.