Bakı 14˚C Sunny

Lionel Messi PSJ ilə danışıqlara başlayıb

İdman 18:10 17 dek, 2022
Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Argentina millisinin futbolçusu Lionel Messi şərəfini qoruduğu Fransa klubu PSJ ilə yeni müqavilənin şərtlərini müzakirə etməyə başlayıb.

Qazet.az-ın “Foot Mercato”ya istinadən məlumatına görə, tərəflər arasında danışıqlar start götürüb.

Paris təmsilçisinin prezidenti Nasser el-Xelaifi 35 yaşlı hücumçunun nümayəndələri ilə Qətərdə bir araya gəlib. O, Messi ilə ən azı daha 1 illik yeni sözləşmənin imzalanmasında maraqlıdır.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə hazırkı anlaşmasının müddəti mövsümün sonuna qədərdir.