Lionel Messi qol sayında Peleni geridə qoydu - FOTO
İdman
11:39 08 dek, 2021
Messi “Brügge” ilə qarşılaşmanın 38-ci və 76-cı dəqiqələrində fərqlənib
Argentina millisi və PSJ-nin hücumçusu Lionel Messi daha bir rekorda imza atıb.
Qazet.az xəbər verir ki, futbolçu UEFA Çempionlar Liqasınında “Brügge” yə qarşı oyunda dubl etməklə karyerası ərzində vurduğu qolların sayını 758-ə çatdırıb.
34 yaşlı forvard qol sayına görə Braziliya millisinin sabiq futbolçusu Peleni geridə qoyub. Əfsanəvi oyunçunun aktivində 757 qol var.
Qeyd edək ki, Messi “Brügge” ilə qarşılaşmanın 38-ci və 76-cı dəqiqələrində fərqlənib.
Mənbə: championat.com