Bakı 6˚C Intermittent clouds

Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

İdman 00:05 16 noy, 2022
Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

"Uzun müddət oynayacağımı düşünmürəm".

Qazet.az xəbər verir ki, bunu Argentina millisinin və Fransa PSJ-sinin futbolçusu Lionel Messi karyerası barədə "Mundo Deportivo" nəşrinə açıqlamasında deyib.

35 yaşlı forvard futbolla vidalaşdıqdan sonra da həyatının bu idman növü ilə bağlı olacağını bildirib: "Futbolu, sadəcə oynamağı və bundan zövq almağı sevirəm. Bütün həyatım boyu etdiyim yeganə şey futbol oynamaqdır".

Qeyd edək ki, Lionel Messi Argentina millisi ilə birlikdə noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatında iştirak edəcək.