Lionel Messi zədə səbəbindən bir neçə oyunu buraxacaq
Gündəm
19:22 02 noy, 2021
34 yaşlı hücumçu dizindəki zədə ucbatından qarşıdakı bir neçə oyunu buraxacaq

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi qeyri-müəyyən müddətədək sıradan çıxıb.
Qazet.az "Infobae" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu dizindəki zədə ucbatından qarşıdakı bir neçə oyunu buraxacaq.
Argentinalı forvard sentyabrda Venesuelanı 3:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda zədələnib. Hazırda dizindəki ağrılar Messini narahat edir. Onun bərpa müddəti 1-2 ay da çəkə bilər.
Təcrübəli oyunçu İspaniyanın paytaxtı Madriddəki klinikalardan birində reabilitasiya kursu keçməyi planlaşdırır.