Bakı 21˚C Intermittent clouds

Lionel Messinin qaldığı hotel qarət olunub

Cəmiyyət 23:42 01 okt, 2021

Qeyd edək ki, Lionel Messi PSJ-yə bu ilin yayında azad agent kimi keçib.

Lionel Messinin qaldığı hotel qarət olunub

Naməlum şəxslər Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin yaşadığı "La Royal Monceau" hotelini qarət ediblər.

Qazet.az "Daily Mail"ə istinadən xəbər verir ki, cinayətkarlar binanın damından enərək içəri daxil olublar. Onlar aregentinalı hücumçunun qaldığı mərtəbənin üzərindəki 4 otaqdan pul və qiymətli əşyalar oğurlayıblar. Zərərin on minlərlə avro olduğu ehtimal edilir.

Ailəsi ilə birlikdə hoteldə yaşayan futbolçunun fərdi ev aldığı və tezliklə oraya köçəcəyi bildirilir.

Qeyd edək ki, Lionel Messi PSJ-yə bu ilin yayında azad agent kimi keçib.