Bakı 7˚C Dreary

Litva İsveçdən hava hücumundan müdafiə sistemləri alacaq

Gündəm 20:11 21 okt, 2022
Litva İsveçdən hava hücumundan müdafiə sistemləri alacaq

Litva İsveçdən qısamənzilli hava hücumundan müdafiə raket sistemlərini alacaq.

Qazet.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

"Müdafiə Nazirliyinin ehtiyacları üçün ordunun daha yaxşı silahlandırılmasını təmin etmək üçün hərbi texnikanın alışını artırmaq imkanımız var", - məlumatda deyilir.

Litva "Bolide" və "MK-2" raketlərinin buraxılması üçün "RBS-70" sistemləri alacaq. Müddəti göstərilməyən müqavilənin dəyəri 45 milyon avro təşkil edəcək.

Qaynaq