Bakı 5˚C Mostly cloudy

Litva qaz və elektrik enerjisinə görə 557 milyon avro ayırdı

Gündəm 21:38 04 yan, 2023
Litva qaz və elektrik enerjisinə görə 557 milyon avro ayırdı

Litva hökuməti əhaliyə və müəssisələrə təbii qaz və elektrik enerjisi xərclərini kompensasiya etmək üçün təxminən 557 milyon avro ayırmaq qərarına gəlib.

Qazet.az xəbər verir ki, bu barədə Litva Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Vəsait sahibkarlıq subyektlərinə və məişət istehlakçılarına elektrik enerjisi və qaza görə kompensasiyaların ödənilməsinə yönəldiləcək”, - məlumatda qeyd olunub.

Bildirilib ki, 382,8 milyon avro əhaliyə, 174 milyon avro isə sahibkarlıq subyektlərinə veriləcək.