Litva Rusiyadan elektrik idxalını dayandırır
Gündəm
05:11 21 may, 2022
Bazar günündən etibarən elektrik idxalına son veriləcək.

Litva mayın 22-dən etibarən Rusiyadan elektrik idxalını dayandıracaq.
Qazet.az xəbər verir ki, bunu Litvanın elektrik şəbəkəsinin operatoru olan Litgrid şirkəti bildirib.
Qeyd olunub ki, aidiyyatlı orqanlar qabaqcadan məlumatlandırılıb. Litva Rusiyadan elektrik alan yeganə Baltikyanı ölkədir.
Bazar günündən etibarən elektrik idxalına son veriləcək.