Bakı 2˚C Mostly cloudy

Litva Ukraynaya artilleriya mərmiləri və qış geyimləri verəcək

Gündəm 06:28 22 noy, 2022
Litva Ukraynaya artilleriya mərmiləri və qış geyimləri verəcək

Litva Ukraynanı cəbhədə çox ehtiyac duyulan 155 mm-lik artilleriya üçün sursatla təmin edəcək. Həmçinin, bir ay ərzində Ukrayna əsgərləri üçün qış geyimləri istehsalçıları ilə müqavilə bağlanacaq.

Qazet.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvydas Anuşauskas paylaşım edib.

"Artıq ən yaxın hərbi dəstəyə dair qərar verilib - cəbhədə təcili ehtiyac duyulan 155 mm-lik artilleriya üçün döyüş sursatı köçürüləcək. Müdafiə Nazirliyinin Müdafiə Ehtiyatları Agentliyi bu ehtiyatların bərpası üçün istehsalçılarla müqavilələr bağlayıb. Daha çox dəstək olacaq, amma hər şeyi açıqlaya bilmərik”, - deyə nazir bildirib. 

Bir ay ərzində Ukrayna Silahlı Qüvvələri üçün qış geyimləri istehsalçıları ilə müqavilə imzalanacaq. Litvanın müdafiə naziri Ukrayna üçün zəruri olan hərbi texnika istehsal edən Litvalı bizneslə 2023-cü il üçün müqavilələrin imzalandığını açıqlayıb. 

"Litva həmçinin ağır zirehli texnikanın maliyyələşdirilməsi, onların istehsalı və ya modernləşdirilməsi və alınması üzrə beynəlxalq fonda öz töhfəsini verəcək. Deməli, əgər nəsə olsa, bizim hesabımıza ukraynalılara təhvil verilən tanklar da olacaq", - Anusauskas əlavə edib.