Litva XİN: “Azərbaycan ilə əməkdaşlığın möhkəmləndirilməsinə sadiqik”
Siyasət
15:46 28 may, 2022
Azərbaycan dövlətinə və xalqına ən xoş arzularımızı çatdırırıq
Litvanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Qazet.az xəbər verir ki, bu barədə XİN-in tviterdəki səhifəsində paylaşım edilib.
“Azərbaycan dövlətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Xoşbəxt Müstəqillik Günü arzu edirik. Litva əvvəlki kimi xalqlarımızın rifahı naminə Azərbaycan ilə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə sadiqdir”, - paylaşımda deyilir.