Bakı 22˚C Intermittent clouds

Litvada məktəblər distant təhsilə keçir

Gündəm 15:22 24 yan, 2022

Bu barədə şəhərin meri Vitaliyus Mitrofanovas bildirib

Litvada məktəblər distant təhsilə keçir

Litvada koronavirus infeksiyasının sürətlə yayılması ilə əlaqədar ölkənin şimalındakı Akmene şəhərində orta məktəblər distant təhsilə keçir.

Qazet.az-ın xəbərinə görə, bu barədə şəhərin meri Vitaliyus Mitrofanovas bildirib.

Onun sözlərinə görə, yanvarın 24-dən etibarən şəhərdəki bütün məktəblərdə 5-12-ci sinif şagirdləri distant təhsilə keçəcək.

Qeyd olunur ki, son günlər ərzində şəhərdə 30-dan çox məktəbli koronavirusa yoluxub.

Bundan başqa, Akmene şəhərində idman və mədəniyyət tədbirlərinin, qapalı məkanlarda tədbirlərin keçirilməsi qadağan edilir.