Bakı 4˚C Showers

Litvanın Baş naziri Ukraynanın NATO-ya daxil olması ilə bağlı dərhal danışıqlara çağırıb

Gündəm 09:33 08 okt, 2022
Litvanın Baş naziri Ukraynanın NATO-ya daxil olması ilə bağlı dərhal danışıqlara çağırıb

Litvanın Baş naziri İnqrida Şimonite Ukraynanın NATO-ya daxil olması ilə bağlı dərhal danışıqlara başlamağı zəruri hesab edir.

Qazet.az xəbər verir ki, bu barədə "Business Insider" nəşri yazıb.

Siyasətçinin sözlərinə görə, Kiyevin Şimali Atlantika Alyansına qəbul edilməməsi “böyük səhvdir”, Təşkilat Ukraynaya “mənəvi” borcludur.

Baş nazirin fikrincə, bu borc hərbi yardımın göstərilməsi və hərbçilərin hazırlanmasından daha ciddi reaksiya tələb edir.

Xatırladaq ki, daha öncə İnqrida Şimonite Qərbi Ukraynaya ağır silahların tədarükünü artırmağa çağırmışdı.