Bakı 26˚C Intermittent clouds

Litvanın XİN rəhbəri istefa verdi

Gündəm 00:11 11 dek, 2021

ABŞ-ın Belarusun “Belaruskali” şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Litvada qalmaqal yaranıb və Litva Dəmir Yolları Litva ərazisindən Belarus məhsullarının tranzitini davam etdirib, bunun üçün artıq avans ödənişi alıblar. 

Litvanın XİN rəhbəri istefa verdi

Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis “Belaruskali” məhsullarının Litva ərazisindən davam edən tranziti ilə əlaqədar Litvanın nüfuzuna dəymiş ziyana görə istefa verib.

Qazet.az xəbər verir ki, Landsberqis yazdığı istefa ərizəsində bildirib: 

“Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyalardan sonra Belarus mallarının Litva ərazisindən davamlı daşınması ilə bağlı mövcud vəziyyəti görərək və bunun sizin rəhbərlik etdiyiniz Litva Respublikası hökuməti üçün hansı reputasiya problemləri yaratdığını anlayaraq xahiş edirəm, istefamı qəbul edin və məni ən qısa zamanda vəzifədən azad edin”. 

ABŞ-ın Belarusun “Belaruskali” şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Litvada qalmaqal yaranıb və Litva Dəmir Yolları Litva ərazisindən Belarus məhsullarının tranzitini davam etdirib, bunun üçün artıq avans ödənişi alıblar. Cümə axşamı məlum olub ki, nəqliyyat naziri artıq istefa verib. Litvanın baş naziri gələn həftə nazirlərin istefası ilə bağlı qərar qəbul edəcəyini bildirib. 

ria.ru