"Liv Bona Dea Hospital"ında Anım gününə həsr olunan tədbir keçirilib - FOTOREPORTAJ
"Liv Bona Dea Hospital"ı vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunan tədbir keçirib.
Qazet.az xəbər verir ki, Azərbaycan və Türkiyə səhiyyəsi gələcəyimiz olan uşaqlar üçün bir araya gəlib.
Layihə “Yaşat" Fondu, “Zəfər" İctimai Birliyi və “Talassemiya Mərkəzi”nin dəstəyilə həyata keçirilib. "Liv Bona Dea Hospital" hər iki ölkənin Qeyri-Hökümət Təşkilatlarının ortaq layihəsilə xüsusi qayğıya ehtiyacı olan azyaşlılar üçün "Həkim Uniformasının Boyanması" tədbirini keçirib.
Tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Türkiyəli iş adamı Monik İpekel qonaqları salamladıqdan sonra hospitalın koordinatoru Meri İstirotti nitq söyləyib.
Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı çıxış edib. Görüşdə vətən müharibəsi iştirakçıları, şəhid ailələri və onların övladları iştirak edib.
Tədbirdə 100 uşağa ödənişsiz müayinə paketi hədiyyə edilib.
Görüşdə Türkiyə və Azərbaycandan iş adamları, millət vəkilləri, müxtəlif dövlətlərin Azərbaycandakı səfirliklərinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, hospital olaraq sentyabr ayı ərzində təşkil etdiyimiz tədbirlərdə ehtiyacı olan 100 nəfərə ağciyər müayinəsi, sosial vəziyyəti aşağı olan 300 qadına süd vəzi və mammoqrafiya müayinəsi tam ödənişsiz icra olunub.
Tədbirin sonunda iş adamları media nümayəndələrinə açıqlama verib və bu tip tədbirlərin davamlı olacağını bildirib.