Bakı 5˚C Showers

"Liv Bona Dea Hospital"ında körpəmizin yoxlanışları davam etdirilir"

Eksklüziv 17:55 08 dek, 2022
"Liv Bona Dea Hospital"ında körpəmizin yoxlanışları davam etdirilir"

"Liv Bona Dea Hospitalı"nda "Uşaq ürək mərkəzi"nin təqdimat mərasimi keçirilib. 

Qazet.az xəbər verir ki, tədbirdən sonra bu istiqamətdə körpəsi müalicə alan valideynlərdən biri  jurnalistlərin suallarını cavablandırıb.

O, görülən işin mahiyyəti haqqında danışıb:

"Uşağın problemini doğuluşa 2-3 ay qalmış bildik. Bu barədə uşağın pediatr və genekoloquna müraciət etdik. İcbari Tibbi Sığorta vasitəsilə uşağın müalicəsini həyata keçirdik. Pediatriya institutunda olduq. Uşaq kardioloqu Bəhruz Əliyev uşağın müalicəsini həyata keçirdi. Hazırda "Liv Bona Dea Hospital"ında uşağın yoxlanışları davam etdirilir. Ürək əməliyatının aparılıb aparılmayacağı ilə bağlı dəqiqləşdirmə işləri aparılır. Uşağın vəziyyəti bu müalicələr istiqamətində yaxşıya doğru gedir. Nəfəsalma problemi var idi. İndiki dövrdə 3 aylıq olan körpəmizdə bunların əksəriyyəti aradan qaldırılıb.  İlk növbədə birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişdik. Onun vasitəçiliyi ilə bu işlər həyata keçirildi. Başda, Cənab Prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva olmaqla, bütün "Liv Bona Dea Hospitalı" kollektivinə öz təşəkkürümüzü bildiririk".