"Liv Bona Dea Hospitalı"nda Müstəqilliyin bərpası gününə özəl tədbir keçirildi - FOTOREPORTAJ
"Liv Bona Dea Hospitalı"nda 18 oktyabr - Müstəqilliyin bərpası günü münasibətilə tədbir keçirilib.
Qazet.az xəbər verir ki, tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı, Türkiyədən gələn iş adamları, tibb mütəxəssisləri və tələbələr iştirak edib.
Deputat Məlahət İbrahimqızı tədbiri giriş nitqi ilə açıb. Səhiyyə sisteminin faydalarından və insan həyatında olan üstünlüklərindən danışıb.
Kommunikasiya dizayneri, brendinqlə məşğul olan kreativ direktor Cihan İşbaşı tədbirin qonağı olub.
O, tədbirin əvvəlində gördüyü işlərdən və Türkiyədə bu işə başladığı mərhələlərdən danışıb.
Dəvət olunduğuna görə minnətdarlıq edən Cihan İşbaşı insanın daxili enerjisi və aləminin əhəmiyyətindən söz açıb.
Həmçinin, kreativ direktor olan Cihan İşbaşı fəaliyyətinin özəllikləri barədə məlumat verib.
Tədbirin ikinci hissəsində türkiyəli iş adamı Ufuk Vurdum marketinq və sahibkarlıq mövzusunda öz biliklərini bölüşüb.