Bakı 23˚C Sunny

Livanda Hizbullah tərəfdarlarına atəş açılıb - Ölənlər var

Hadisə 17:54 14 okt, 2021

Nümayişçilərə atəş açılması nəticəsində 3 nəfər ölüb, yaralılar var

Livanda Hizbullah tərəfdarlarına atəş açılıb - <span style="color:red">Ölənlər var</span>

Livanın paytaxtı Beyrutda nümayiş keçirən Hizbullah tərəfdarlarına atəş açılıb, ölənlər və yaralananlar var.

Qazet.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, 2020-ci ilin avqustunda Beyrut limanında baş verən partlayışla əlaqədar araşdırma aparan hakim Tariq Bitarın vəzifədən azad edilməsini tələb edən nümayişçilər Ədliyyə Nazirliyinin binasına doğru gedərkən onlara atəş açılıb.

Nümayişçilərə atəş açılması nəticəsində 3 nəfər ölüb, yaralılar var.

Yerli mənbələr bildirib ki, nümayişçilərə binaların damlarından snayperlər atəş açılıb.

Yerli TV və sosial mediada maskalı etirazçıların AK-47 avtomatları ilə küçə baryerlərinin arxasından atəş açması, yaxınlıqdakı binaların tüstüyə bürünməsini əks etdirən görüntülər yayılıb.

Livan ordusunun yaydığı bəyanatda isə bildirilib ki, qarşıdurmaların yaşandığı ərazilərdə silahlı hər kəs vurulacaq. Ordu insanları küçələri boşaltmağa çağırıb.

Hizbullahın yüksək rütbəli nümayəndəsi CNN-ə bildirib ki, etirazçılara atəş açanlar bu hücumu planlaşdıran mütəşəkkil silahlı qruplardır: “Bizi daxili çəkişməyə sürükləmək istəyirlər, biz isə vətəndaş qarşıdurması yaratmaq istəmirik”.

Hizbullah Beyrutdakı partlayışla bağlı istintaqa rəhbərlik edən və yüksək səviyyəli məmurların mühakimə olunmasını tələb edən məşhur hakim Tariq Bitara qarşıdır və onun postundan alınmasını istəyir.