Livanla İsrail arasında sərhədlərin demarkasiyası ilə bağlı yekun razılıq əldə edilib
Gündəm
06:10 14 okt, 2022
Livanla İsrail arasında dəniz sərhədlərinin demarkasiyası ilə bağlı yekun razılıq əldə edilib.
Qazet.az xəbər verir ki, bununla bağlı Livan Prezidenti Mişel Aun “Əl-Manar” telekanalı tərəfindən yayımlanan çıxışında bildirib.
Sənədi amerikalı vasitəçi Amos Hoxteen hazırlayıb.
Qeyd edək ki, Livan və İsrail arasında 856 kvadratmetrlik şelf sahəsi ətrafında mübahisə mövcuddur. Mübahisəli ərazi Livanın Qana qaz yatağının İsrailin Kariş yatağı ilə qovşağında yerləşir. 1948-ci ildən formal olaraq müharibə şəraitində olan iki qonşu arasında dəniz sərhədi hələ də müəyyən edilməyib.