Livanlı zabit banka silahla hücum etdi
Hadisə
04:38 12 yan, 2023
Livanın cənubunda yerləşən Sayda şəhərində pulunu bankdan çıxara bilməyən ordu zabiti bank işçisi ilə mübahisə etdikdən sonra tapançası ilə bankın girişindəki şüşə qapıya atəş açıb.
Qazet.az xəbər verir ki, insident zamanı ölən və yaralanan olmayıb. Hadisə yerinə gələn polis hərbçini həbs edib.
Qeyd edək ki, Livanda 2019-cu ildən bəri iqtisadi böhran yaşanır.